"Masdar" Qaradağ GES-i 23 il ərzində istismar etməyi planlaşdırır

image

"Masdar" BƏƏ-dən olan, bərpa olunan enerji sahəsində dünya liderlərindən biri və 40-dan çox ölkədə təmsil olunan şirkətdir. Şirkətimizin rəhbərliyi altında 20 gigavattdan çox elektrik enerji yaradan aktivlər idarə olunur.

Renewables.az ITECA-ya istinadən xəbər verir ki, bunu "Masdar"ın regional meneceri Murad Sadıxov deyib.

Biz generasiya gücünün genişləndirilməsini hədəfləyirik, şirkətin məqsədi 2030-cu ilə qədər quraşdırılmış gücü 100 gigavata çatdırmaq və ümumilikdə yaşıl hidrogen və yaşıl enerji istehsalında dünya liderlərindən birinə çevrilməkdir.

Bu gün Azərbaycanda icra mərhələsində bir layihəmiz var. Söhbət Qaradağ Günəş Elektrik Stansiyasından gedir, onun tikintisini bu ilin sonuna qədər başa çatdırmağı və təhvil verilməsindən sonra 23 il ərzində istismar etməyi planlaşdırırıq.

Bundan əlavə, keçən il eyni tədbirdə biz günəş elektrik stansiyaları, külək stansiyaları, dəniz külək stansiyaları və yaşıl hidrogen istehsalını nəzərdə tutan ümumi gücü təxminən 10 giqavat olan iki müqavilə imzaladıq. Bu layihələr çərçivəsində hazırda layihələndirmə və tədqiqat işləri aparılır.

Yaxın vaxtlarda biz bu qlobal layihənin birinci mərhələsinin icrasına başlayacağıq, onun çərçivəsində ölkə daxilində yaşıl enerji istehlakının qurulması və gələcəkdə qonşu ölkələrə ixracının təşkili planlaşdırılır.

Şirkətimiz sərginin qızıl sponsorudur, biz artıq ikinci ildir ki, bu tədbirdə iştirak edirik. Biz verilən imkandan məmnunuq, çünki bu, özünü və imkanlarını nümayiş etdirmək üçün yaxşı fürsətdir və burada həm dövlət, həm də özəl şirkətlərin nümayəndələri ilə əlaqələr qurmaq, perspektivli işgüzar təmaslar qurmaq üçün yaxşı platformadır. 

Keçən ilki sərginin bizim üçün çox uğurlu olduğunu nəzərə alsaq, ümid edirik ki, bu il Azərbaycanla əməkdaşlığı genişləndirə biləcəyik və biznesimiz yerli bazarda öz yerini tutacaq. Yanvar ayında biz SOCAR ilə də əməkdaşlıq müqaviləsi imzaladıq. Yaxın gələcəkdə böyük planlarımızı həyata keçirməyə başlayacağımıza ümid edirik.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *