Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin may ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2004,0 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,9 mln. kVt-saat, yaxud 1,2 % artması deməkdir.
"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
May ayında elektrik enerjisinin idxalı 19,8 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 mln. kVt-saat azalıb, ixrac isə 19,9 mln. kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4,0 mln. kVt-saat artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-may aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 316,2 mln.kVt-saat, yəni 2,9 % artaraq 11 244,2 mln. kVt-saat olub.
Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 109,6 mln. kVt-saat artaraq 768,7 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt-saat artaraq 162,2 mln. kVt-saat olub.
Külək elektrik stansiyalarında 41,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında 24,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 96,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
5 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 116,6 mln. kVt-saat (SES-lərdə 716,2 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 162,8 mln. kVt-saat (SES-lərdə 46,1 mln. kVt-saat, GES-də 22,5 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,2 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 937,6 mln. kVt-saat təşkil edib.
2022-ci ilin yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 538,4 mln. kVt-saat, idxalı isə 60,5 mln. kVt-saat olub.
Rəylər (0):