Məktəblilərin "Kapron corabların təkrar istehsalı" layihəsi

image

"Renewables.az" “Sahibkar məktəbli” II Respublika Müsabiqəsində “Kapron corabların təkrar istehsalı” adlı layihə ilə “Resursların təkrar emalı-yeni məhsulların dizaynı və istehsalı” adlı nominasiyada 2-ci yeri tutmuş 189-190 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Asiya Zərbəliyeva, Mina Quliyeva və Reyhan Rəsulovanın (Elnarə Nərimanovanın mentorluğu ilə) layihəsini təqdim edir.

Bildiyimiz kimi, kapron corabların təkrar emalına demək olar ki tamamilə diqqət yetirilmir. Bəs cırıldıqdan sonra kapron corabların təbiətə nə kimi zərər yetirdiyi haqqında düşünmüsünüzmü? 

Problem ondadır ki, kapron corablar tərkibinə görə çürümür və torpağa qarışmır. Bu səbəbdən onlar əsrlərlə torpaqdakı qaz mübadiləsini çətinləşdirərək təbiəti çirkləndirir.

Bəs biz nə edə bilərik?

Kapron corabların tərkibini dəyişmək çox çətin və bahalı işdir. Ona görə, bu böyük brendlərə sərf etmir və onlar gəliri təbiətin qorunmasından üstün tutmağı seçirlər. Nəticədə bizim iki çıxış yolumuz qalır. Birincisi, kapron corablardan tamamilə imtina etmək (bu mümkün deyil), ikincisi kapron corablara ikinci həyat verərək onların istifadə müddətini olduqca çoxaltmaq.

Əlbəlttə ki, biz layihəmiz üçün ikinci variantı seçdik. Onlardan özünüz və ya ev heyvanınız üçün xalça, müxtəlif saç aksessuarları hazırlaya bilərsiniz. Saç rezinləri çox lazımlı bir əşyadır və bizim fikrimizcə oların kapron coranlardan hazırlanması çox əlverişli ideyadır.

Bəs bu ideyaları tədbiq etmək üçün biz resursları haradan əldə edəciyik?

İdeyamıza əsasən biz istəyirik ki, müxtəlif yaşayış ərazilərində, məktəblərin daxilində xüsusi qutular qoyulsun. Sonradan bu qutulardakı kapron corablar yığılıb fabriklərə aparılaraq istehsalına start verilsin. Bizim əsas ideyamız odur ki bu layihəmizlə biz ilk öncə qadınlara dəstək göstərək. Bu səbəbdən bu fabriklər əl işinə əsaslanaraq işləyəcək və biz çətin vəziyyətdə olan, və ya işə ehtiyacı olan qadınlara bu imkanı yaradacayıq. Bundan əlavə əldə etdiyimiz gəlirin 50 %-i qadın və uşaq sığınacaqlarına bağışlanacaq. Beləliklə kapron corablar ilkin həyatında olduğu kimi təkrar emal zamanı da qadınlara müxtəlif yollarla kömək edəcək!  Biz inanırıq ki, bu ideyamız qadınlara kömək əli uzadıb təbiətin qorunmasına dəstək olacaq.


 

Rəylər (1):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *