Mikayıl Cabbarov "ACWA Power"in İdarə Heyətinin sədri ilə görüşüb

image

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.

"Renewables.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb.

Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə, 2022-ci ildə şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılması ilə enerji layihələrinin inkişafında yeni səhifə açılıb.

Görüşdə “yaşıl” enerji layihələrinə tətbiq olunan stimullar barədə məlumat verilib, “ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi barədə müzakirə aparılıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji sektorunda aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *