Moskvada Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsinə dair məsələlər müzakirə edilib

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində Moskvada bu ölkənin energetika naziri Nikolay Şulqinov ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, görüşdə ikitərəfli enerji əlaqələri, Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsinə dair məsələlər müzakirə edilib.

Energetika Nazirliyinin yaydıöı məlumatda isə bildirilir ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşdə Azərbaycan ilə Rusiya arasında neft-qaz hasilatı, nəqli və neft məhsullarının təchizatı, həmçinin elektrik enerjisi üzrə əlaqalərin cari vəziyyəti nəzərdən keçirilib. Rusiya enerji şirkətləri ilə birgə layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. İranın “Monenco” şirkəti tərəfindən Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması istiqamətində görülən işlərə, eləcə də “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Rusiya ilə ikitərəfli enerji əlaqələri, həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsinə dair məsələlərin müzakirəsi energetika naziri Nikolay Şulqinov ilə görüşdə də davam etdirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *