Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 272,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 3,3 mln. kVt-saat və ya 1,2 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 67,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 36,2 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.
Rəylər (0):