İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu ilin yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracını həyata keçirən qeyri-dövlət və dövlətə məxsus ixracatçı subyektlərin reytinqini açıqlayıb.
Renewables.az İİTKM-in təqdim etdiyi “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “AzərEnerji” ASC (314,4 milyon ABŞ dolları) başçılıq edir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında Naxçıvan MR Dövlət Energetika Xidməti (0,6 milyon ABŞ dolları) də yer alıb.
Rəylər (0):