Naxçıvan GES-də 297 milyon kVt-saat elektrik enerjisi istehsal edilib

image

Ölkədə ilk dəfə 2015-ci ilin dekabr ayının 1-də 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası (GES) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Stansiyanın layihə gücü 2017-ci ilin sentyabr ayının 8-də daha 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb. İl ərzində 33 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Renewables.az Naxçıvan MR Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, stansiyada istismar edildiyi müddət ərzində 296.916.198 kilovat-saat elektrik enerjisi istehsal edilərək şəbəkəyə ötürülüb.

22 meqavat gücündə Naxçıvan GES 2023-cü ildə 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilənə qədər Azərbaycanın ən böyük Günəş Elektrik Stansiyası olub.

Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb. Muxtar Respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavat, illik elektrik enerjisi istehsalı 58,5 milyon kilovat-saat təşkil edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *