Naxçıvana idxal olunan günəş enerjisi avadanlıqları gömrük rüsumundan və ƏDV-dən azad olunub

image

Naxçıvan Muxtar Respublikasında günəş enerjisi avadanlıqları idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

"Renewables.az" Naxçıvan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı yeni qərarda bildirilir.

Naxçıvan Nazirlər Kabinetinin 1 fevral 2023-cü il tarixli Qərarı ilə “Alternativ enerji mənbəyi kimi günəş enerjisindən elektrik enerjisi alınması üçün Naxçıvan Muxtar Respublikasına idxal olunan avadanlıqların gömrük idxal rüsumundan və əlavə dəyər vergisindən azad olunması haqqında” qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğunlaşdırılıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *