Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 218,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 7,7 mln. kVt-saat və ya 3 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 55,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 29,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Rəylər (0):