Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ildə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 60,93 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,52 mln. kVt-saat və ya 8 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Respublika üzrə günəş enerjisi istehsalının 76 faizi Muxtar Respublikanın günəş elektrik stansiyalarından olub. Bu göstəricinin azalması (adətən 91-92 % olur - red.) "Qaradağ" Günəş Elektrik Stansiyasının istehsalı ilə bağlıdır.
Rəylər (0):