Naxçıvanda yeni günəş elektrik stansiyasının tikintisinə yatırılan investisiyanın həcmi açıqlanıb

image

Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisinə, o cümlədən Türkiyəyə sonrakı ixrac üçün infrastruktura investisiyaların ümumi həcmi 500 milyon ABŞ dolları təşkil edir.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə "A-Z Czech Engineering" şirkətinin baş direktoru Milan Pavliçek deyib.

Onun sözlərinə görə, şirkət uzun müddətdir ki, Azərbaycanın enerji sektorunda baş verən dəyişiklikləri izləyir və bunun əsasında ölkədə yeni layihələri aktiv şəkildə həyata keçirmək niyyətindədir.

“İmzalanmış memorandum göstərir ki, biz Naxçıvanın enerji potensialını inkişaf etdirmək niyyətindəyik, həmçinin enerji sektorunun digər sahələrində də təcrübəmizi bölüşməyi planlaşdırırıq”, - Pavliçek əlavə edib.

Qeyd edək ki, sentyabrın 29-da Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Agentliyinin direktoru Cavid Abdullayev və “A-Z Czech Engineering” şirkətinin baş direktoru bərpa olunan enerji mənbələri sahəsində anlaşma memorandumu imzaladılar.

Memorandum çərçivəsində Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə günəş elektrik stansiyasının və enerji infrastrukturunun tikintisi nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *