Bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % artaraq 13 520,5 milyon kVt-saat olub.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
"6 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2,3 % artaraq 13 520,5 mln. kVt-saat, ixrac 664,1 mln. kVt-saat, idxal isə 71,1 mln. kVt-saat olub", - nazir qeyd edib.
Rəylər (0):