Türkiyədə 2022-ci ildə günəş enerjisi istehsalı 15 milyard kilovat-saat təşkil edib ki, bu da ümumi istehsalın təxminən 5 faizini təşkil edir.
"Renewables.az" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu Enerji və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar Orta Doğu Texniki Universiteti Günəş Enerjisi Araşdırma və Tətbiq Mərkəzi (ODTÜ-GÜNAM) tərəfindən təşkil edilən tədbirdə çıxışında bildirib.
Nazir müavinin sözlərinə görə, Türkiyənin bərpa olunan enerji qoyuluş gücünün artımında dünyada 7-ci ölkədir: "Prezident 2053-cü ildə "sıfır karbon" emissiya hədəfini elan edib. Türkiyənin "sıfır karbon" iqtisadiyyata çevrilməsi üçün xüsusilə enerji sektorunda etməli olduğumuz işlərlə bağlı ilk qiymətləndirmələrimizi etdik. Bu çərçivədə, 2035-ci ilə qədər 53 min meqavat günəş, təxminən 30 min meqavat külək enerjisi və 7 min 500 meqavat enerji saxlanc gücünə çatmağı hədəfləyirik".
Rəylər (0):