Nazir müavini: "Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün ayrılmış ərazi minalardan tam təmizlənib"

image

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ayrılmış ərazi minalardan tam olaraq təmizlənib.

"Renewables.az" "Report"a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib.

Onun sözlərinə görə, bp şirkətinin əməkdaşları artıq bu əraziyə baxış keçirməyə başlayıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *