Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC-nin balansında olan və Qobustan şəhərində yerləşən Qobustan Hibrid Elektrik Stansiyasında quraşdırılmış 3 ədəd PowerWind 56 (hündürlüyü 60 m) model külək turbininin servis öncəsi müayinəsinə zərurət yaranmışdır.
Bu barədə "Berpaolunanenerji.az" nazirliyin saytına istinadən xəbər verir.
Elanda bildirilir ki, qeyd olunanları nəzərə alaraq, bu sahədə təcrübəsi olan və bu işləri həyata keçirəcək müvafiq avadanlıqlara, lisenziya və sertifikatlara malik ixtisaslaşmış şirkətlər müvafiq texniki danışıqlara və işlərin ehtimal dəyərinin müəyyən olunmasına dəvət olunurlar.
Təkliflər elan dərc olunan gündən beş iş günü ərzində qəbul olunur.
Əlaqələndirici şəxs: Kənan Əzimzadə: (tel:+99412 377 01 80 (daxili – 145), mob: 055 557 13 89, email: kazimzade@abemda.az).
Rəylər (0):