Niderlandda günəş panelli velosiped yolları istifadəyə verilib

image

Niderlandda günəş panelli iki velosiped yolu istifadəyə verilib.

Renewables.az-ın Electrek-ə istinadən məlumatına görə, günəş panelli velosiped yolları 1000 kvadrat metr ərazini əhatə edir.

Yollara quraşdırılan günəş panellərindən illik 160 min kVt-saat elektrik enerjisinin istehsalı gözlənilir. Əgər ölkədəki bütün velosiped yollarında günəş panelləri quraşdırılsa, illik 15 milyard kVt-saat yaşıl enerji istehsal edilərək 5 milyon ton CO2 emissiyasının qarşısını almaq mümkün ola bilər.

Qeyd edək ki, Niderlandda günəş enerjili ilk belə yollar 2018-ci ildə istifadəyə verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *