“Nobel Energy” Cəbrayılda 100 MVt gücündə günəş elektrik stansiyası tikəcək

image

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *