"Nobel Energy" Cəbrayılda 100 MVt gücündə iki günəş elektrik stansiyası tikəcək

image

"Nobel Energy" şirkəti tərəfindən Cəbrayılda 100 MVt gücündə iki günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə tədbirlər davam etdirilir.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

Qeyd edək ki, ümumi gücü 100 meqavat olan layihələrin icrası nəticəsində ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdə tutulur, bu isə orta hesabla 58 000-ə yaxın evi elektrik enerjisi ilə təmin edəcək. Stansiyanın tikintisi zamanı 600 nəfərin, istismara verildikdən sonra isə 80 nəfərin işlə təmin edilməsi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *