Norveç milli futbol stadionunda dünyanın ən böyük damüstü şaquli günəş sistemi quraşdırılıb

image

Norveç milli futbol stadionunda dünyanın ən böyük damüstü şaquli ikiüzlü günəş enerjisi sistemi quraşdırılıb.

Renewables.az "pv-magazine" saytına istinadən xəbər verir ki, günəş sisteminin qoyuluş gücü 284,4 kVt-dır.

Günəş enerjisi sistemi "Over Easy Solar" tərəfindən təchiz edilmiş hər biri 200 Vt gücündə 1242 fotovoltaik panellərdən ibarətdir.

Sistem Norveçin "Solenergi FUSen" şirkəti tərəfindən Ullevol Stadionunun damına quraşdırılıb və quraşdırma bir neçə gün ərzində tamamlanıb. Günəş qurğusu 2500 m2-dən çox ərazini əhatə edir və onun ildə 219 000 kVt-saat enerji istehsal edəcəyi gözlənilir.

"Over Easy Solar" bildirib ki, pilot layihələrinin təhlili göstərir ki, şaquli günəş panelləri ənənəvi düz damüstü panellərlə müqayisədə 20 %-30 % daha yüksək enerji istehsal edə bilir. Şaquli panellərin üzəri daha az qar örtdüyünə görə qışda daha yüksək faydalılıq verir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *