Ölkə üzrə günəş enerjisi istehsalının 92 faizi Naxçıvandakı GES-lərdən olub

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanda günəş enerjisi istehsalı 3,93 mln. kVt-saat təşkil edib.

"Renewables.az" xəbər verir ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 3,63 mln. kVt-saat təşkil edib.

Qeyd edək ki, Azərbaycanın GES-lərində istehsal olunan elektrik enerjisinin 92 faizindən çoxu Naxçıvandakı stansiyaların payına düşüb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *