OPEC: Bərpaolunan enerji mənbələrinə tələbat kəskin artacaq – HESABAT

image

Bərpaolunan enerji mənbələrinin bəzi növlərinə olan tələbat 2020-2045-ci illər ərzində 5,4 dəfə artacaq.

“Berpaolunanenerji.az” xəbər verir ki, belə bir qənaət OPEC tərəfindən açıqlanan “Dünya Neft İcmalı” (World Oil Outlook - WOO) adlı hesabatda yer alır.

Sənədə görə, bərpaolunan enerji mənbələrinə olan gündəlik tələbat göstərilən müddət ərzində 6,8 milyon bareldən 36,6 milyon barel neft ekvivalentinədək artacaq. Bu artımın əsasən bərpaolunan enerjiyə çəkilən məsrəflərin azalması və karbon tullantılarını azaltmaq istiqamətində atılan ardıcıl addımlarla bağlı olduğu bildirilir.

Hesabata əsasən, 2020-2045-ci ilər ərzində su enerjisinə olan tələbat 40 faiz, bioyanacağa tələbat isə 36 faiz artacaq. Belə ki, dünya enerji istehlakında su enerjisinin payı 2,7 faizdən 3 faizədək, bioenerjinin payı da 9,9 faizdən 10,5 faizədək artacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *