Ötən ay respublikada 7,8 faiz artımla elektrik enerjisi istehsal edilib

image

2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 199,8 mln. kVt-saat, yəni 7,8 % artaraq 2 759,8 mln. kVt-saat olub.

"Renewables.az" bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 13,5 mln. kVt-saat azalaraq 67,2 mln. kVt-saat təşkil edib. Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 24,06 mln. kVt-saat olub.

Ay ərzində külək elektrik stansiyalarında 4,68 mln. kVt-saat, günəş elektrik stansiyalarında 3,93 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 523,5 mln. kVt-saat (SES-lərdə 63,5 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 mln. kVt-saat (SES-lərdə 3,24 mln. kVt-saat, Günəş ES-də 3,63 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,9 mln kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 203,5 mln. kVt-saat təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt-saat, ixracı isə 512,6  mln. kVt-saat olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *