Özbəkistanda 1 QVt gücündə günəş elektrik stansiyalarının təməli qoyulub

image

Özbəkistanın Namangan vilayətinin Pap rayonunda ümumi gücü 1 QVt olan günəş elektrik stansiyalarının (hər biri 500 MVt) təməlqoyma mərasimi keçirilib.

Renewables.az ölkənin Milli İnformasiya Agentliyinə (uza.uz) istinadən xəbər verir ki, hər iki layihə Almaniyanın "Hyper Partners GmbH" və Birləşmiş Ərəb Əmirliklərinin "Tepelen Group Holding Limited" şirkətləri tərəfindən icra ediləcək.

Günəş elektrik stansiyalarının tikintisinə 700 milyon dollar (hər biri 350 milyon dollar) investisiya cəlb olunacaq. Mərasimdə iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, stansiyaların bu ilin sonunda şəbəkəyə qoşulması gözlənilir.

Qeyd edək ki, Özbəkistan bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Son illərdə Buxara, Cizzəx, Kaşkədərya, Nəvai, Səmərqənd və Surxandəryada ümumi gücü 1,6 giqavat olan 9 günəş və külək elektrik stansiyası şəbəkəyə qoşulub, Əndican, Səmərqənd, Surxandərya və Daşkənd vilayətində ümumi gücü 183 meqavat olan 6 su elektrik stansiyası işə salınıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *