“Yaşıl enerji” planları artıq real nəticələrə çevrilir. Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək.
Renewables.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
Nazir bildirib ki, 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır: "Bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq".
"Naxçıvanda “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1,150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər", - məqalədə bildirilib.
Rəylər (0):