Pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir

image

İlkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir.

Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

"Göründüyü kimi Naxçıvanın "yaşıl enerji" potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Qarşıda yeni generasiya güclərinin Naxçıvanın enerji sisteminə inteqrasiyası ilə yanaşı, elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi məqsədilə yeni enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, tezlik tənzimlənməsi, habelə enerji sisteminin "Elektrik Enerjisi üzrə Avropa Ötürücü Sistem Operatorları Şəbəkəsi"nə (ENTSO-E) qoşulması ilə əlaqədar həlli vacib məsələlər dayanır. Bütün bunlar Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində əməkdaşlığımızın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən İşçi qrupları üçün yeni gündəlik müəyyənləşdirir", - nazir deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *