15 oktyabr 2014-cü il tarixində Pirallahı Günəş Elektrik Stansiyası istismara verilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.
Qoyuluş gücü 1,1 MVt olan stansiyada cari ilin 1 oktyabr tarixinədək 4,1 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Eyni zamanda bu tarixdə Şəki KSES istismara verilib. Qoyuluş gücü 0,58 MVt olan stansiya 1 oktyabr 2022-ci il tarixinədək 2,8 mln. kVt-saat elektrik enerjisi istehsal edib.
Rəylər (0):