Qaradağ Günəş Elektrik Stansiyasının (GES) lazımi avadanlıqları və komponentləri xarici şirkətlər tədarük edib. Onlardan biri "Masdar" və Çinin "Longi" şirkətidir.
Renewables.az-ın məlumatına görə, bu barədə "Masdar" şirkətinin Azərbaycan üzrə ölkə meneceri Murad Sadıxov CBC kanalına açıqlamasında bildirib.
"Müqaviləyə əsasən, günəş panellərinin zəmanət müddəti var. 25 il ərzində onların səmərəliliyi 5 faizdən aşağı düşməməlidir. Bu göstərici aşılırsa təchizatçı şirkət onları dəyişdirməyi öhdəsinə götürür. Panellər həmçinin təbii fəlakətlər nəticəsində zədələndikdə, onların texniki imkanları azaldıqda dəyişdirilir", - Murad Sadıxov bildirib.
Rəylər (0):