"Qaradağ" GES və "Xızı-Abşeron" KES-in enerjisistemə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirilir

image

Ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Abşeron yarımadasında təməli qoyulmuş 230 MVt gücündə günəş elektrik stansiyasının (GES), 240 MVt gücündə külək elektrik stansiyasının (KES) enerjisistemə inteqrasiyası istiqamətində “Azərenerji” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Belə ki, külək elektrik stansiyasının enerjisistemə inteqrasiyası üçün “Qobu” və “Yaşma” yarımstansiyalarının hər birində 220 kV-luq APQ-də 1 ədəd 220 kV-luq yuvaların quraşdırılması, 80 km uzunluğunda 220 kV-luq elektrik verilişi xətlərinin tikintisi, günəş elektrik stansiyasının inteqrasiyası üçün “Cənub” ES-də 1 ədəd GİS tipli yuvanın quraşdırılması və 55 km uzunluğunda 330 kV-luq EVX-nın tikintisi nəzərdə tutulmuşdur.

Hazırda “Cənub” ES ilə yeni tikilən Ələt GES-i əlaqələndirən 330 kV hava xəttində 15 ədəd anker və 42 ədəd aralıq dayaq, 612 ədəd dəmir-beton bünövrə quraşdırılmışdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *