Qətər ən böyük günəş elektrik stansiyasını işə salıb

image

Qətər ölkənin ən böyük 800 MVt gücündəki günəş elektrik stansiyasını işə salıb.

“Berpaolunanenerji.az” bu barədə “TotalEnergies”ə istinadən xəbər verir.

Paytaxt Dohadan 80 kilometr qərbdə yerləşən “Al Kharsaah” Günəş Elektrik Stansiyası 10 km2 ərazidə inşa edilib. Stansiyanın inşasında 1,8 milyon paneldən istifadə olunub.

Stansiya "Sirac 1" tərəfindən tikilib və istismar edilmişdir.

Qeyd edək ki, “Sirac 1” konsorsiumu TotalEnergies (40 %), Marubeni (51 %) və Sirac Enerji (60 %) tərəfindən yaradılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *