Qırğızıstanda ilk günəş elektrik stansiyası tikilir

image

Qırğızıstanda ilk Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlanılıb. 

"Berpaolunanenerji.az" xarici KİV-ə istinadən xəbər verir ki, stansiyanın gücü 300 meqavat olacaq, lakin gələcəkdə 1 qiqavata qədər artırılacaq. 

Yeni enerji obyektinin yaradılması Avrasiya İnkişaf Bankının (AİB) və Astana Beynəlxalq Maliyyə Mərkəzinin dəstəyi sayəsində mümkün olub.

Elektrik stansiyasının ilk panelləri İssık-Kulun şimal sahilindəki Toru-Ayğır kəndi yaxınlığında quraşdırılıb. 

Obyektin tikintisi yerli şirkətə həvalə olunub və dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilir. 

Günəş stansiyası ildə 600 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcək.  AİB layihəyə 40 milyon dollar ayırıb. 

Beynəlxalq təşkilatların məlumatına görə, Qırğızıstanın ümumi gücü 267 qiqavat olan günəş elektrik stansiyaları quraşdırmaq imkanı var. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *