Qlobal bərpa olunan enerji mənbələrinin qoyuluş gücü ən azı 11 min QVt-a çatdırılmalıdır – HESABAT

image

2030-cu ilə qədər qlobal bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 3 dəfə, enerji səmərəlili 2 dəfə artırılmalıdır.

Renewables.az-ın məlumatına görə, bu barədə BƏƏ-nin COP28 rəhbərliyi, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Qlobal Bərpa Olunan Enerji Mənbələri üzrə Alyansın birgə dərc etdiyi hesabatda bildirilib.

Hesabat qlobal bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü ən azı 11,000 QVt-a çatdırılması və eyni zamanda hədəf dövrdə illik orta enerji səmərəliliyinin 2 qat artırılması ilə bağlı icra edilə bilən strateji tövsiyələri təqdim edib. Bildirilib ki, qlobal istiləşmənin 1,5 dərəcəni aşmaması üçün bu tədbirlərin görülməsi mütləqdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *