Hesabata görə, 2025-ci ilə qədər külək enerjisinin qoyuluş gücünə 469 qeqavat güc əlavə olunacağı ehtimal olunur. Bu baxımdan, dünyada hər il ortalama 94 qeqavata yaxın güc əlavə olunmalıdır.
"Global Wind Report 2021" hesabatında qeyd olunur ki, ötən il külək enerjisi sektoruna ümumilikdə 93 qeqavat güc əlavə olundu və qlobal külək enerjisinin (quruda və dənizdə) qoyuluş gücü 743 qeqavata çatdı. Beləliklə, "COVID-19" pandemiyasına rəğmən, ötən il qlobal külək enerjisinin qoyuluş gücü 53% böyüyərək, ötən ili rekord nəticə ilə tamamladı. Həmçinin, ötən il sektor üzrə rəqabət ciddi şəkildə artdı. Dənizdə (offshore) külək enerjisinin qoyuluş gücü ötən illə müqayisədə 6 qeqavat artaraq 35 qeqavata çatıb.
Hesabatla link vasitəsilə tanış ola bilərsiniz: Global Wind Report 2021
Rəylər (0):