Respublika üzrə elektrik enerjisi istehsalı 7,7 faiz artıb

image

2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt-saat, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt-saat olub.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən SES-lərdə 24,7 mln. kVt-saat artaraq 277,9 mln. kVt-saat, digər mənbələr üzrə isə 0,3 mln. kVt-saat azalaraq 90,9 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 15,5 mln. kVt-saat, günəş elektrik stansiyalarında 13,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

3 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 mln. kVt-saat (SES-lərdə 262,3 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 mln. kVt-saat (SES-lərdə 13,6 mln. kVt-saat, Günəş ES-də 12,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 613,7 mln. kVt-saat təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində elektrik enerjisinin idxalı 31,3 mln. kVt-saat, ixracı isə 1 238,9 mln. kVt-saat olub.

Qeyd edək ki, 2023-cü ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 269,4 mln. kVt-saat və ya 11,7 % artaraq 2579,3 mln. kVt-saat olub. Mart ayında elektrik enerjisinin idxalı 10,2 mln. kVt-saat, ixracı isə 402,9 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *