2023-cü ilin yanvar-okyabr aylarında ölkədə elektrik enerjisi istehsalı 22 milyard 629,1 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 21 milyard 865,5 milyon kVt-saat təşkil edib və bu da 1,2 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 498,3 milyon kVt-saat (4,3 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 48,8 milyon kVt-saat (24,5 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 58,1 milyon kVt-saat (6,8 faiz çox) təşkil edib.
Rəylər (0):