Respublikada elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar-noyabr aylarında ölkədə elektrik enerjisi istehsalı 24 milyard 932,3 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. 

Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 24 milyard 90,6 milyon kVt-saat təşkil edib və bu da 0,8 faiz çoxdur.

Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 587,8 milyon kVt-saat (5,6 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 53 milyon kVt-saat (18,3 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 62,3 milyon kVt-saat (6,7 faiz çox) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *