Cari ilin yanvar-fevral aylarında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 50,7 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,3 mln. kVt-saat və ya 6 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 7,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):