Rumıniyalı qonaq: "Günəş enerjisinə keçidi gücləndirməliyik"

image

“Əsrimizin ortalarına qədər dünya enerji sistemini yenidən qurmalı, tədricən təbii yanacaqdan kənarlaşmalıdır”.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu Rumıniyanın keçmiş Baş naziri Petre Roman VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələrində deyib.

“Yeni enerji mənbələrinə keçidi təmin etməli, o cümlədən günəş enerjisinə keçidi gücləndirməliyik. Bu proses nüvə enerjisindən kənar ötüşə bilməz. Biz bu məsələnin təcili olmasını dərk etməliyik. Bu gün enerji sisteminin yenilənməsi gündəmdədir. Eyni zamanda bu məsələyə ehtiyatla yanaşmalıyıq. Qarşımıza təhdidlər çıxa bilər. Bəşəriyyətin gələcək təhdidləri bizi mənəviyyatımızdan uzaqlaşdıracaq. Yeni qlobal iqtisadiyyat konkret, təcili, emal olunmamış məlumatlara söykənə bilər”, - deyə o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *