Şərur (Zeyvə) Günəş Elektrik Stansiyasının gücü daha 3 meqavat artırılır.
"Berpaolunanenerji.az" NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, yeni günəş panellərinin quraşdırılması davam etdirilir.
Bununla da, Muxtar Respublikada günəş elektrik stansiyalarının ümumi gücü 36 meqavatdan 39 meqavata çatdırılacaq.
Qeyd edək ki, stansiyanın tikintisi üçün 35 hektar əkinə yararsız torpaq sahəsi ayrılıb.
Son illər muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması məqsədilə əsasən alternativ və bərpaolunan enerji resurslarından səmərəli istifadə xüsusi diqqətdə saxlanılır. Bütün bunların nəticəsidir ki, bu gün diyarımızda 11 elektrik stansiyası var və onların 9-u bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir.
Rəylər (0):