Yerli elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də Qarabağ regionunda potensialın qiymətləndirilməsi sahəsində yerli tərəfdaşlarla birgə səylər göstəririk.
"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə “Siemens Energy” şirkətinin təmsilçisi Kristian Vays deyib.
"Yeri gəlmişkən, bu halda Türkiyə və Avropa istiqamətində Qafqaz ölkələrindən elektrik enerjisinin ötürülməsi xətlərinin gücləndirilməsi də nəzərdə tutulur. Bununla yüksək gərginlikli xətlərin tam əlaqəsi təmin edilə bilər. Beləliklə, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarada bilərik. Sonuncu, lakin mühüm məsələ ondan ibarətdir ki, biz BP kimi tərəfdaşımızla birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərimizə götürməyə və dəstək verməyə hazırıq. Dekarbonlaşdırma strategiyası çərçivəsində Azərbaycanın növbəti inkişafını təmin etmək məqsədilə Sizin göstərişləriniz və planınıza uyğun birbaşa və ya dolayı yolla karbohidrogenlərin havaya atılmasının qarşısını almaq üçün tam müasir konsepsiyanı tərtib etmək işinə artıq cəlb olunmuşuq. Biz düşünürük ki, məhz həmin konkret üç sahədə töhfə verə bilərik. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda işləyirik və ölkənin uğuruna inanırıq. Lakin inanıram ki, biz daha çox işlər görə bilərik", - "Siemens"in təmsilçisi bildirib.
Rəylər (0):