"Siemens"in sədri: "Hər bir ölkənin enerji sahəsində müstəqil olması üçün kifayət qədər külək və günəş enerjisi var”

image

Hər bir ölkənin enerji sahəsində müstəqil olması üçün kifayət qədər külək və günəş enerjisi var.

"Renewables.az" xəbər verir ki, bunu Davos Dünya İqtisadi Forumu çərçivəsində "Report"a açıqlamasında “Siemens”in İdarə Heyətinin sədri Cim Haqeman Sneyb deyib.

"Almaniyanın “Siemens” şirkəti Azərbaycanın dayanıqlı gələcəyə doğru tərəqqisinə töhfə verməyə hazırdır. “Siemens” gələcəyin infrastrukturunu dayanıqlı edən şirkətlərdən biridir. Odur ki, ölkənizin dayanıqlı inkişafına töhfə verə bilək. Biz qlobal şirkətik və ölkənizin dayanıqlı gələcəyə doğru irəliləyişinin bir hissəsi olmaqdan qürur duyarıq”, - o vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *