“Sıfır emissiyalı nəqliyyat vasitələri təşəbbüsü: Azərbaycan üçün imkanlar” mövzusunda vebinar keçirilib

image

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Böyük Britaniyanın “Sıfır emissiyalı nəqliyyat vasitələri təşəbbüsü: Azərbaycan üçün imkanlar” mövzusunda vebinar keçirilib.

Renewables.az 4SİM-ə istinadən xəbər verir ki, vebinarda sıfır emissiyalı nəqliyyat vasitələrinin inkişafına təkan verən texnoloji yeniliklər, enerjiyə qənaət, bu sahədə iqtisadi potensial və təşəbbüsün işləmə mexanizmi haqqında ətraflı məlumat verilib.

Tədbirin təşkil edilməsində əsas məqsəd “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş “Milli iqtisadiyyatda 4-cü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması” istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən şirkət və müəssisələrə “Sıfır emissiya nəqliyyat vasitələri” təşəbbüsü haqqında ətraflı məlumat vermək, eyni zamanda bu sahə üzrə Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır.

15 aidiyyəti qurumun 50-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şuranın (ICCT) nümayəndələri tərəfindən təqdimat keçirilib və sıfır emissiyalı nəqliyyat vasitələrinin inkişafına təkan verən texnoloji yeniliklər, bu sahədə iqtisadi potensial və təşəbbüsün işləmə mexanizmi, enerjiyə və havanın çirklənməsinin azalması səbəbindən səhiyyə xərclərinə qənaət haqqında ətraflı məlumat verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *