Alternativ enerjiyə keçid edərkən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yol Xəritəsini hökumətin prioritetlərinə və mandatına uyğun olaraq formalaşdıracaqdır.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.
"2021-ci ildən başlayaraq SOCAR təfsilatlı Yol Xəritəsi layihəsini hazırlayaraq hökumətə təqdim edəcəkdir ki, ölkə üzrə hədəf və siyasət çərçivəsi müəyyən edilsin. 2022-ci ildən başlayaraq müvafiq qanunlar qəbul edildikdən sonra SOCAR 2023-cü ildən etibarən yeni texnoloji layihələrin icrasına başlaya bilər", - hesabatda deyilir.
Bildirilir ki, enerji keçidi hədəflərini qarşılamaq üçün qlobal enerji sənayesində bir sıra əsaslı dəyişikliklər edilməyə başlanılır.
"Ətraf mühitə daha az mənfi təsir göstərən və iqlim dəyişikliyinə zəmin yaratmayan, təmiz enerjiyə keçid çərçivəsində enerji sektorunda yeni növ sahələr, məhsullar və bazarlar inkişaf etməkdədir. Uzunmüddətli perspektivdə enerji keçidinə əsas təsiredici amilləri əsasən dörd qrupa bölmək olar – tənzimləmələr, texnologiyalar, makroiqtisadi amillər və istehlakçı münasibətləri. Tənzimləmələr əsasən beynəlxalq qurumlar, və ya dövlət orqanları tərəfindən qoyulan hədəflərə çatmaq üçün ənənəvi enerji mənbələrindən istifadəyə əlavə vergi və rüsumlar qoymasını, alternativ enerjidən və təmiz/yaşıl texnologiyalardan istifadəyə isə güzəştlər etməsini əhatə edir, məsələn, Avropa Birliyinin Yaşıl Sazişi. Texnologiyalar çərçivəsində əsas təsiredici amillər mövcud texnologiyaların xərclərinin azalması və yeni, təmiz texnologiyaların genişlənməsidir. Makroiqtisadi amillərə gəldikdə isə, bazardakı yer alan tendensiyaları, məsələn, COVID-19 pandemiyasının enerji keçidinə investisiyalarına göstərdiyi təsirləri ilə bağlı məsələlər nəzərdə tutulur. İstehlakçı münasibətlərində isə istehlak seqmentində üstünlüyün ətraf mühitə daha az mənfi təsir göstərən və daha yüksək sosial dəyər yaradan şirkətlərdə olduğunu qeyd etmək olar. SOCAR da bu amilləri diqqətlə izləyərək öz qərarlarını bu amillərə əsasən uyğunlaşdırılmağa çalışır", - hesabatda bildirilir.
Sənədə əsasən, ilk olaraq SOCAR-ın strukturunda məsul qurum və ya xüsusi təşkilati yanaşma müəyyənləşdiriləcək, paralel olaraq texniki-iqtisadi əsaslandırmanın konsepsiyası, yaşıl texnologiyalar sahəsində işləyən müəssisələr üçün bazar konyunkturası araşdırılacaqdır.
Rəylər (0):