SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) günəş panelləri quraşdırılır.
"Berpaolunanenerji.az"ın SOCAR-a istinadən verdiyi məlumata görə, artıq iki YDM-də günəş enerjisindən istifadə üçün 214 panel quraşdırılıb.
Günəş panelləri vasitəsilə ildə təxminən 85 000 kVt-saat enerji istehsal olunur. Günəş panellərindən alınan bu enerji ilə yanacaqdoldurma stansiyasının enerji tələbatının bir hissəsini ödəmək mümkündür.
SOCAR qonşu ölkə ərazisində fəaliyyət göstərən YDM-lərdə 2022-ci ildə 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır.
Qeyd edək ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda belə bir layihəyə start verən ilk şirkətdir.
Rəylər (0):