SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək

image

9-11 sentyabr 2022-ci il tarixlərində Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək.

"Berpaolunanenerji.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

Yarış Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsi məqsədi ilə təşkil olunub. Bu xüsusda, “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu enerji və əşyaların interneti, enerji və süni intellekt, enerji və rəqəmsal iqtisadiyyat kateqoriyaları üzrə keçiriləcəkdir.

Yarışın şərtlərinə görə ilk üç yeri tutan komanda müvafiq olaraq 5000 manat, 3000 manat və 2000 manat məbləğində mükafata layiq görüləcəklər. Bundan başqa daha iki komandaya 500 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcəkdir.

Hakatonda iştirak etmək istəyənlər avqustun 20-dək təşkilat komitəsinə müraciət ünvanlaya bilərlər.

Yarışın iştirak qaydaları və müraciət forması ilə keçid vasitəsilə tanış olmaq mümkündür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *