Cari ilin yanvar-may aylarında Azərbaycanda 10 milyard 539,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,1 % çoxdur.
"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 10 milyard 188,2 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8 % çoxdur.
Qeyd edək ki, külək elektrik stansiyaları 16,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 55,4 faiz azdır.
Günəş elektrik stansiyaları isə 24,1 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çoxdur.
Su elektrik stansiyalarının istehsalı 747,3 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 16,4 faiz çoxdur.
Rəylər (0):