Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 12 milyard 686,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,5 % çoxdur.
"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 12 milyard 263,3 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,3 % çoxdur.
Qeyd edək ki, külək elektrik stansiyaları 17,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 62,5 % azdır.
Günəş elektrik stansiyaları isə 30,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 18,7 % çoxdur.
Su elektrik stansiyalarının istehsalı 954,9 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 26,4 % çoxdur.
Rəylər (0):