2023-cü ilin yanvar-fevral aylarında ölkədə elektrik enerjisi istehsalı 4 milyard 872 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
"Renewables.az" bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk iki ayında əmtəəlik elektrik enerjisi istehsalı 4 milyard 732,2 milyon kVt-saat təşkil edib və bu da 6 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 115,9 milyon kVt-saat (21,6 faiz az), külək elektrik stansiyalarının enerji istehsalı 8,9 milyon kVt-saat (5,3 faiz az), günəş elektrik stansiyalarının enerji istehsalı 8,2 milyon kVt-saat (9,3 faiz çox) təşkil edib.
Rəylər (0):