"TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində BOEMDA və bp bərpa olunan enerji təlimləri keçirəcək

image

26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq sərgidə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin stendində Agentlik və bp şirkətinin əməkdaşları tərəfindən aşağıdakı mövzular üzrə saat 11:00-15:00 aralığında keçiriləcək təlimlərə hər birinizi dəvət edirik:

  • 26 May - Azərbaycanda yaşıl enerjidən istifadə: nəticələr və gələcək planlar

  • 26 May - Çeviklik (Agility)

  • 27 May - Azərbaycan, Gürcüstan və Türkiyə əməliyyatlarında aşağı karbon həlləri

  • 29 May - Texnologiyalar – dronlar, robotlar və sairə

  • 29 May - Bərpa olunan enerji mənbələri

Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə iştirak üçün https://iticket.az/events/teknofest/teknofest keçidi ilə qeydiyyatdan keçə bilərsiniz!


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *