“Tesla”nın həmtəsisçisi: Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı mühüm layihələr reallaşdırır

image

“Biz işlənmiş akkumulyatorlardan dəyərli metalları toplayıb litium-ion batareyaları düzəldirik. Bu bizim dünyanın təbiətinə verəcəyimiz ən önəmli töhfələrdəndir. Azərbaycan neft sənayesində mühüm mövqeyə malik ölkələrdən biri olsa da, bu gün bərpa olunan enerji sahəsində də çox mühüm layihələr reallaşdırır. Son illərdə Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı reallaşdırdığı layihələr, həmçinin ölkəyə elektromobil idxalının artımı bunun sübutudur”.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu ABŞ-ın “Tesla” korporasiyasının həmtəsisçisi və baş texnologiya direktoru Cefri Brayan Straubel (Jeffrey Brian Straubel) Bakıda keçirilən “InMerge Innovation Summit”in ikinci günündə bildirib.

Onun sözlərinə görə, neft sənayesində mühüm yeri olan ölkələrin əsas prioritetlərindən biri karbon emissiyasının azaldılması istiqamətində addımlar atmaqdır: “Burada əsas məqam karbon emissiyasının azaldılmasıdır. Bu isə texnologiyalar sayəsində mümkün olan bir prosesdir”.

Bütün dünyada “yaşıl enerji”yə keçidin önəmini vurğulayan Cefri Brayan Straubel Azərbaycanın bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirib.

“Geniş yayılmış elektrikləşdirmə sürət qazanır, bu da litium-ion batareyalara olan tələbatı artırır. “Tesla”dakı missiyamız bu prosesi sürətləndirməyə kömək etmək və elektrikli avtomobillər ətrafında həyəcan yaratmaq idi. Bunu görmək çox xoşdur, lakin hər şey çox tez baş verir və tədarük zəncirini qabaqlayır”, - deyə şirkətin baş texnologiya direktoru əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *